“İnter” “Real”ın qapıçısı ilə maraqlanır

Baş səhifə
İnter Realın qapıçısı ilə maraqlanır

İspaniyanın “Real” klubunun qapıçısı Andrey Lunin karyerasını İtaliyada davam etdirə bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “İnter” 26 yaşlı qolkiperlə maraqlanır.

Bundan əlavə, A Seriyasında çıxış edən bir neçə komanda oyunçunu izləyir. Onlardan birinin qışda Lunin üçün Madrid klubuna təklif göndərəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2018-ci ildə İspaniya nəhənginə keçən ukraynalı qapıçı cari mövsüm heyətə düşməkdə çətinlik çəkir.