Cari ilin 9 ayında sığortaolunanların sayı 2,3 faizdən çox artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-sentyabr ayları ərzində fərdi uçot
sistemində uçota alınmış sığortaolunanların sayı 122,5 min nəfərdən
və ya 2,3%-dən çox artıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial
Müdafiə Fondu (DSMF) məlumat yayıb.




Bildirilib ki, 2025-ci ilin 1 oktyabr tarixinə uçota alınmış
sığortaolunanların sayı 5 mln. 286 min nəfərdən çox təşkil
edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında fərdi uçot
sistemində uçota alınmış sığortaolunanların sayı 136 min nəfərdən
çox və ya 2,73% artıb. Beləliklə, 2024-cü ilin 1 oktyabr tarixinə
uçota alınmış sığortaolunanların sayı 5,1 milyon nəfər təşkil
edib.