2022-ci ildən Orta Dəhlizlə yükdaşımaların həcmi 90 faizədək artıb

Baş səhifə

Bakı. Trend:

2022-ci ildən etibarən Orta Dəhlizlə həyata keçirilən
yükdaşımaların həcmi təxminən 90 % artıb.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası
nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı
deyib.

Baş nazirin müavini vurğulayıb ki, dəhliz üzrə tranzit
müddətləri isə nəzərəçarpacaq dərəcədə azalıb.