Azərbaycan ərazisindən dəmiryol daşımalarının həcmi 15 milyona çatdırılacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ərazisindən hər il dəmir yolu ilə daşınmalı olan
yüklərin həcmi azı 15 milyon ton təşkil edəcək.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası
nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı
deyib.

Baş nazirin müavini xatırladıb ki, 2023-cü ilin may ayında İran
Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara
dəmir yolunun tikintisi ilə bağlı Saziş imzalanıb.

Bundan əlavə 2024-cü ilin dekabrında Azərbaycan Hökuməti ilə
Rusiya Hökuməti arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi
üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında
Saziş bağlanılıb.

“Sazişə əsasən, müvafiq dəmir yolu infrastrukturunun
modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il
daşınmalı olan yüklərin təmin edilmiş həcmi 2028-ci il yanvarın
1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edilib. Bu həcm
tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon
ton təşkil edəcək”, – deyə Ş.Mustafayev qeyd edib.