
Bakı. Trend:
Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisinin adına
aydınlıq gəlib.
Trend xəbər verir ki, Super
Liqa təmsilçisini Radomir Caloviç çalışdıracaq. Bu barədə klubun
mətbuat xidməti məlumat yayıb.
Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə
tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Radomir Caloviçin son iş yeri Sloveniyanın “Maribor” klubu olub. “Kayserispor” isə Markus Gidsolla yollarını
ayırıb.

