Peskov: Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir

Baş səhifə
Peskov: Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir

Rusiya ilə Azərbaycan arasında əlaqələr tamamilə kəsilməyib.

“Report”un məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” proqramının müəllifi və aparıcısı Pavel Zarubinə verdiyi müsahibədə bildirib.

“Qeyd etmək lazımdır ki, bu, ikitərəfli münasibətlərimizin tarixində ən yaxşı dövr olmasa da, ticari-iqtisadi əməkdaşlığımızın həcmi artmaqda davam edir”, – deyə Peskov vurğulayıb və Moskvanın Bakı ilə mövcud problemlərin həllini gözlədiyini bildirib.