Kaliforniyada helikopter qəzaya uğrayıb

Baş səhifə

Bakı. Trend:

Kaliforniya ştatının Hantinqton-Biç şəhərindəki çimərlik
yaxınlığında helikopter qəzaya uğrayıb.

Trend xəbər verir
ki, bu barədə NBC News məlumat yayıb.




Ən azı beş nəfər yaralanıb – ikisi helikopterdə, üçü isə yerdə
olub və xəstəxanaya yerləşdirilib. Şahidlərin lentə aldığı
görüntülərdə helikopterin idarə olunmadan fırlanaraq yerə düşdüyü
görünür.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.