Azərbaycan “Sülh Sammiti”nə dəvət olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması
münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək “Sülh
Sammiti”nə dəvət olunub.

Trend xəbər verir
ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid “X” sosial
şəbəkəsində məlumat paylaşıb.




Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət
Departamenti tərəfindən göndərilib.

“ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə
keçiriləcək Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ
İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan,
Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə
edərək dəvət olunanların siyahısını xeyli genişləndirib”, – deyə
jurnalist bildirib.