Salyanda avtomobil 22 yaşlı gənci vuraraq öldürüb

Baş səhifə
Salyanda avtomobil 22 yaşlı gənci vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qızılağac kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Kərimov Malik Şamil oğlu yolu keçən zaman avtomobil onu vurub. M.Kərimov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.