Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa
çıxıb.
Trend-in
məlumatına görə, B qrupunda yer alan millimiz Çexiyanın müvafiq yaş
qrupundan ibarət komandası ilə qarşılaşıb. Karvina şəhər
stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı
qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-21 millimiz qrupda dördüncü görüşünü oktyabrın
14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək.

