
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev “X” sosial şəbəkəsində Prezident İlham Əliyevin son
10 gündə etdiyi səfərlər, iştirak etdiyi tədbirlər barədə paylaşım edib.
Trend xəbər
verir ki, paylaşımda qeyd olunub:
“Yalnız oktyabr ayının ilk ongünlüyündə Prezident İlham Əliyev
üç müxtəlif coğrafiyada və formatda keçirilən üç fərqli sammitdə
iştirak edib:
1–2 oktyabr – “Avropa Siyasi Birliyi” sammiti, Kopenhagen. Aİ və
digər Avropa tərəfdaş ölkələri ilə görüşlər və müzakirələr.6–7 oktyabr – Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən
sammiti. Türk dünyasının həmrəyliyi və birliyi.9–10 oktyabr – MDB sammiti, Düşənbə.
Prezident İlham Əliyevin son on gün ərzində üç sammitdə iştirakı
çoxşaxəli və geniş coğrafiyalı xarici siyasətinin təzahürüdür”.


