ABŞ Qəzzaya qoşun göndərir

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Qəzzada atəşkəslə bağlı razılaşmanın
həyata keçirilməsinin monitorinqi və lazımı dəstəyin göstərilməsi
məqsədilə İsrailə 200 nəfərlik hərbi kontingent göndərir.

Trend bu barədə
ABŞ KİV-ə istinadən xəbər verir.




Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı İsraildə Mülki-hərbi
əlaqələndirmə mərkəzi yaradacaq.

Sözügedən mərkəz müharibədən əziyyət çəkən əraziyə humanitar
yardımın çatdırılması, eləcə də logistika və təhlükəsizlik sahəsinə
dəstəyin göstərilməsinə vasitəçilik edəcək.