Paşinyan: Ermənistan Azərbaycanla ticarəti qurmağa çalışır

Baş səhifə
Paşinyan: Ermənistan Azərbaycanla qarşılıqlı ticarəti qurmağa çalışır

Ermənistan Azərbaycanla qarşılıqlı ticarəti qurmağa, həmçinin humanitar məsələlərin həlli də daxil olmaqla, iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirməyə ümid edir.

“Report”un məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən bildirib.