Filippində əhali kütləvi təxliyə olunur

Baş səhifə

Bakı. Trend:

Filippinin prezidenti Ferdinand Markos bu gün baş vermiş güclü
zəlzələdən sonra sahilyanı yaşayış məntəqələrində yerləşən əhalinin
təxliyə olunması ilə bağlı sərəncam verib.

Trend xəbər verir
ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat
yayıb.




“Mən təbii fəlakətlərdən yaranan təhlükələrin azaldılması və
aradan qaldırılması üzrə Milli Şuraya, mülki müdafiə idarəsinə,
silahlı qüvvələrə, Filippin sahil mühafizəsinə və prosesə cəlb
olunan bütün qurumlara dərhal sahilyanı ərazilərdə təxliyə
aparmağı, təcili rabitə xətlərini aktivləşdirməyi və yerli
hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etməyi tapşırmışam”, – deyə
o bildirib və vətəndaşlara sunami təhlükəsiz ləğv edilənədək hündür
yerlərdə qalmağı, sahildən uzaq durmağı tövsiyə edib.

Qeyd edək ki, oktyabrın 10-da Filippin sahillərində 7,4 bal
gücündə zəlzələ baş verib. Bunun fonunda Filippin və İndoneziya
sahillərində sunami təhlükəsi elan olunub.