Salyanda talvar yanıb

Baş səhifə

Bakı.Trend:

Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 530 m² olan
talvarda yanğın baş verib.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, ümumi sahəsi 530 m² olan talvarın yanar
konstruksiyaları, altına yığılan 200 ton ot bağlamasının 100 tonu,
talvara bitişik sahəsi 190 m² olan anbarın yanar konstruksiyaları
və içərisində olan 8 ton taxıl yanıb.

“Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından
mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb”, – qurumdan əlavə olunub.