Aİ və Azərbaycan arsında Zəngəzur dəhlizinin gələcək perspektivləri müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) Zəngəzur dəhlizinin gələcək
perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına
Aİ-nin mümkün dəstəyi məsələlərini müzakirə ediblər.

Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.




“Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ)
arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında
iştirak etdik. Görüş zamanı Zəngəzur dəhlizinin gələcək
perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına
Aİ-nin mümkün dəstəyi məsələlərini müzakirə etdik. Həmçinin
ölkəmizlə Aİ arasında hava, dəniz və avtomobil nəqliyyatı
sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin
genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər
barədə fikir mübadiləsi apardıq”, -paylaşımda qeyd edilib.