
Oktyabrın 10-da Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq.
“Report” mükafatın rəsmi saytına istinadən xəbər verir ki, bu il mükafata 338 namizəd irəli sürülüb.
Onlardan 244-ü fərdi şəxs, 94-ü isə təşkilatdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın da adı namizədlər siyahısındadır. O, Barak Obamadan 16 il sonra (2009) Nobel mükafatını qazanan ABŞ Prezidenti olmaq istəyir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


