Bakı. Trend:
Misir, Qətər və Türkiyə vasitəçiləri, eləcə də ABŞ
administrasiyası HƏMAS-a Qəzza zolağında hərbi münaqişənin yenidən
başlanmayacağına dair zəmanətlər veriblər.
Trend xəbər verir ki, bunu
anklavdakı hərəkatın rəhbəri Xalil əl-Həyyə bəyan edib.
“Biz vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzadakı
müharibənin tamamilə başa çatdığına dair zəmanətlər aldıq”, – deyə
Xalil əl-Həyyə vurğulayıb.
Onun sözlərinə görə, razılaşma çərçivəsində İsrail
həbsxanalarında ömürlük cəza çəkən 250 fələstinli, müharibənin
başlanmasından bəri Qəzzadan həbs edilmiş 1700 fələstinli, eləcə də
İsrail tərəfindən saxlanılan bütün fələstinli qadınlar və uşaqlar
azad ediləcək.

