Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi
barədə ilkin məlumat daxil olub.
Bu barədə Trend-ə FHN Mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.

