Bakı.Trend:
Xocavənd, Ağdam, Şuşa və digər şəhərlərdə aşkarlanan kütləvi
məzarlıqlar bir çox ailənin qaranlıq xatirələrini ortaya
çıxarıb.
Trend xəbər
verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi
İnsan Haqları Komissiyasının Katibliyinin sədr müavini Mahi Həsən
Əbdül-Lətif “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin
birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda
beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Komissiya rəsmisi qeyd edib ki, itkin şəxslərin taleyi haqda
davam edən qeyri-müəyyənlik onların ailələrinə təmamilə sağalmağa
imkan vermir.
“İtmiş insanların aşkarlanması ailələrinin beynəlxalq hüququdur.
İtkinlərin məsələsi heçvaxt siyasiləşdirilməməlidir. Onların
məsələsi şəffaflıqla araşdırılmalıdır”.
Mahi Həsən Əbdül-Lətif vurğulayıb ki, ən son elmi alətlərdən
istifadə edərək bir məlumat bazası hazırlanmasına və itkinlərin
şəxsliyyətlərin müəyyənləşməsinə ehtiyac var.
“Bu zaman onların ailələri bu prosedə aktivlilk
göstərməlidirlər. Biz öz təcrüməzi ən yaxşı praktikanı Azərbaycanla
paylaşmağa hazırıq”,- komissiya rəsmisi əlavə edib.

