Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində
yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat
daxil olub.
Trend xəbər verir
ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində aparılan ilkin qiymətləndirmə nəticəsində müəyyən
olunub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində,
ehtimalən qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan
partlayış baş verib.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər
müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində təhlükəsizlik
tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən
araşdırma aparılır.

