Donald Tramp İsrailə səfərə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İsrailə səfər etməyə
hazırlaşır.

Trend-in
məlumatına görə, bu barədə o, Qəzzaya dair sazişin imzalanmasından
sonra “Axios”a müsahibəsində bildirib.




Tramp deyib ki, İsrail tərəfi ondan Knessetdə çıxış etməsini
istəyib və o, bu təklifi qəbul edib.