Roma Kolizeyinin altında gizli tunel aşkar edilib

Baş səhifə

Bakı. Trend:

Arxeoloqlar İtaliyanın paytaxtı Romanın simvolu sayılan
Kolizeyin altında gizli keçid (tunel) aşkar ediblər.

Trend xəbər verir
ki, imperatorların həmin tuneldən arenadan insanlara görünmədən
çıxmaq üçün istifadə etdiyi bildirilib. Kolizeyin bünövrəsinə
oyulmuş keçidin uzunluğu təxminən 55 metrdir.

Mütəxəssislərin fikrincə, tunel eramızın 70-ci illərində
amfiteatr tikildikdən bir neçə onillik sonra, I və II əsrlər
arasında inşa edilib.




Kolizey Arxeoloji Parkının məlumatına görə, bərpa edilən,
işıqlandırma və ventilyasiya sistemləri quraşdırılan tunel artıq
ziyarətçilərə açıqdır.

Qeyd edək ki, eramızın 72-ci ilində inşasına başlanılan və 80-ci
ildə tamamlanan Kolizey dünyanın ən qədim və ən böyük elliptik
amfiteatrıdır. VIII əsrdən etibarən bu məşhur abidə Kolizey
adlandırılmağa başlanıb.