Bakı. Trend:
Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən silah anbarında
güclü partlayış qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə məlumatı Suriya İnsan Haqlarını Müşahidə Qrupu yayıb.
Hadisə Rif-Dəməşq əyalətində, Sabina dəyirmanı yaxınlığında baş
verib.
Yerli sakinlərin sözlərinə görə, partlayış güclü səsə və əhali
arasında təşvişə səbəb olub. Əraziyə təcili yardım maşınları cəlb
edilib, lakin hazırda tələfat və dağıntıların miqyası barədə
məlumat yoxdur.
Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

