
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 9-na olan
xronikasını təqdim edir:
– Prezident İlham Əliyev xalqa müraciət edib. Ali Baş Komandan Azərbaycan
Ordusunun Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad etdiyini və düşmənin məhv edilən, ələ
keçirilən texnikalarının sayını açıqlayıb.
– Prezident İlham Əliyev “CNN International” televiziya
kanalının “Connect the World” verlişinə və “Sky News” televiziya kanalına müsahibə
verib.
– Ermənistan ordusunun daha bir qərargahı dağıdılıb, artilleriya
rəisi məhv edilib. Müdafiə Nazirliyi dünən düşmənin
məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.
– Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonunun
videogörüntülərini paylaşıb.
– Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini
atəşə tutub. Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunu raket və
artilleriya atəşinə tutub, 3 nəfər yaralanıb.
Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb.
– Ermənistanın xeyli sayda hərbi texnikasının məhv edildiyi
videogörüntülər yayılıb.
– Ermənistan Silahlı Qüvvələri Mingəçevir şəhərini, Bərdə, Ağcabədi və
Ağdam rayonlarının ərazilərini intensiv atəşə
tutub.
– Azərbaycan Ordusu düşmənin daha bir neçə hərbi texnikasını ələ keçirib. Düşmənin atıb getdiyi
hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının
rəngində rənglənib.
– Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş
əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli
reaktiv sistemi məhv edilib.
– Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə məhv edilib.
– Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan
Suqovuşan və Talış kəndinin videogörüntüsünü yayıb.
– Baş Prokurorluğun məlumata görə, Ermənilərin Ağdama raket
atması nəticəsində 4 mülki şəxs yaralanıb.
– Düşmənin Prima yaylım atəş sisteminin, 25 nəfər əsgər və
zabitini döyüş bölgəsinə gətirən hərbi maşın hərəkətdə məhv
edilməsinin videogörüntüləri yayılıb
– Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli
texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.


