
Bakı. Trend:
ABŞ Ticarət Nazirliyi HƏMAS və husilərin istifadə etdiyi
pilotsuz uçuş aparatlarına (PUA) elektron komponentlər tədarük
etdiyinə görə 15 Çin şirkətini “qara siyahı”ya daxil edib.
Trend-in xarici
KİV-ə istinadla verdiyi xəbərə görə, bu detalların bir hissəsi
2023-cü il 7 oktyabrda İsrailə edilən hücum zamanı istifadə olunan
dronlarda aşkar edilib. Həmin hücum nəticəsində təxminən 1 200
nəfər həlak olmuşdu.
Ümumilikdə “qara siyahı” 29 təşkilata qədər genişləndirilib,
siyahıya Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər
də daxildir.
Bu şirkətlərə ABŞ texnologiyalarının ixracı xüsusi lisenziya
olmadan qadağan edilir.


