Bu ilin yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 9 faiz artıb

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında
proqnozla müqayisədə 6 faiz və ya 342 mln. manat çox olmaqla 5
mlrd. 889 mln. manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial
Müdafiə Fondu (DSMF) məlumat yayıb.




Bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial
sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya
331 mln. manat artaraq 4 mlrd. 663 mln. manat olub.

Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 5 mlrd. 628 mln.
manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9
faiz və ya 481 mln. manat çoxdur.