
Bakı. Trend:
Bakıda “Halal Business Forum” forumunun ikinci günü start
götürüb.
Trend xəbər verir
ki, forumda Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Sunniya Durrani-Camal, Vyetnam Milli Sahibkarlıq
Assosiasiyasının təsisçisi və sədri Dinh Viet Hoa, Qafqaz Tarixi
Mərkəzinin (Azərbaycan) direktoru Rizvan Hüseynov və digər rəsmi
şəxslər, eləcə də şirkət nümayəndələri çıxış edəcəklər.
Forumda aşağıdakı mövzular müzakirə olunacaq: Qlobal yaşıl keçid
diskursunda KOB-ların rolunun artırılması; KOB-ların “yaşıl keçidi”
üzrə Bakı İqlim Koalisiyası haqqında birgə bəyannamə; Qafqaz və
Mərkəzi Asiyada halal turizmin inkişafında tarixi irsin rolu; Halal
sənayesinin inkişafında qadınların rolu.
Xəbər yenilənəcək


