Hindistanda torpaq sürüşməsi – azı 15 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Hindistanın şimalında yerləşən Himaşal Pradeş ştatında torpaq
sürüşməsi nəticəsində kütlənin avtobusun üzərinə aşması nəticəsində
azı 15 nəfər həlak olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, aramsız leysan yağışlardan sonra baş vermiş
hadisə Bilaspur rayonunda qeydə alınıb. Hadisə vaxtı avtobusda azı
25 sərnişin olub. Qurbanlardan dördü qadın, ikisi uşaq olub.

Təbii fəlakət yerinə cəlb olunmuş xilasedicilər öldüyü zənn
edilən itkin sərnişinləri tapmağa çalışır.