ANAMA Hadrutda mobil baza yaradacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)
Xocavənd rayonunun Hadrut qəsəbəsində mobil bazası yaradılacaq.

Trend-in
məlumatına görə, eyni zamanda mövcud bazaların genişləndirilməsi
işləri aparılacaq.

Belə ki, ANAMA artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.




Agentlik sözügedən işlərin icrasını “Şəmkir Tikinti-18” Açıq
Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, ASC-yə 1,9 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Şəmkir Tikinti-18″
2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 64 458
manat olan ASC-nin qanuni təmsilçisi Abdullayev Vaqif Çingiz
oğludur.