Tayvanda 5 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Tayvanın şərqindəki Hualyan qəzasında 5,0 bal gücündə zəlzələ
qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə adanın Mərkəzi Meteorologiya
İdarəsi bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 07:52-də baş
verib.




Bildirilib ki, zəlzələnin episentri Hualien şəhərindən təxminən
7 kilometr qərbdə olub. Təkanların ocağı 6,1 kilometr dərinlikdə
yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.