Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji səmərəliliyi üzrə qabaqcıl təcrübə şurasının yaradılması təklif edilib

Baş səhifə

Qəbələ. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri
Təşkilatı (TDT) çərçivəsində enerji səmərəliliyi üzrə qabaqcıl
təcrübə şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verir
ki, o bu barədə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının
Dövlət başçıları Şurasının 12-ci Zirvə Görüşündə danışıb.

Prezident energetikanın inkişafının türk ölkələrinin strateji
tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğunu qeyd edib.




“Energetika iqtisadiyyatın sütunudur və əməkdaşlığımızın mühüm
tərkib hissəsidir. Bu gün biz birgə infrastruktur layihələrini
həyata keçirir, enerji resurslarının təhlükəsiz daşınma
marşrutlarını formalaşdırırıq”,- deyə Tokayev vurğulayıb.

Dövlət başçısı Qazaxıstan, Azərbaycan və Özbəkistan tərəfindən
icra edilən “Yaşıl Enerji Dəhlizi” layihəsini uğurlu əməkdaşlıq
nümunəsi kimi göstərib.