Azərbaycanla BƏƏ arasında ilin sonuna kimi əməkdaşlıq müqaviləsinin ratifikasiya olunması gözlənilir

Baş səhifə

Bakı.Trend:

Azərbaycanla BƏƏ arasında ilin sonuna kimi iqtisadi əməkdaşlıq
müqaviləsinin ratifikasiya olunması gözlənilir.

Trend xəbər
verir ki, bunu Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi
Sənan Nəsibli “Tekstil Sektorunun İnkişafı və Qlobal
İnteqrasiyasının Təşviqi” seminarında çıxışı zamanı deyib.




S.Nəsibli qeyd edib ki, BƏƏ 27 ölkəylə hərtərəfli iqtisadi
əməkdaşlıq müqaviləsi bağlayıb.

“Bunların arasında Azərbaycan da var. Bu müqavilələrdən artıq
9-u ratifikasiya olunub. Azərbaycanla müqavilə isə bu ilin sonuna
ratifikasiya olunması gözlənilir. Bu da ölkələrimiz arasında
əməkdaşlığın daha dinamik olmasına və genişlənməsinə təkan
verir.”