AMB rəsmisi: “Bank sektorunda faiz dərəcəsi riski yoxdur”

Baş səhifə
AMB rəsmisi: Bank sektorunda faiz dərəcəsi riski yoxdur

Azərbaycanın bank sektorunda faiz dərəcəsi riski yoxdur.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan banklarının müddəti 1 ilə qədər olan aktivlərinin ümumi aktivlərdə payı 51 %, 1 il ə qədər olan öhdəliklərinin ümumi öhdəliklərdə payı isə 81 %-dir.

“Təhlillər göstərir ki, sektorda müddət uyğunsuzluğunun, başqa sözlə faiz dərəcəsi riskinin bankların kapital mövqeyinə təsiri minimaldır, dayanıqlılığa təhdid yaratmır”, – deyə AMB rəsmisi əlavə edib.