
Bakı. Trend:
2025-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı
Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 5635 zəng qəbul edilib.
Daxil olan zənglərin 4500-ü elektrik və istilik enerjisi, təbii
qaz təchizatı, 500-ü təşəkkür xarakterli, 635-i isə digər
məsələlərlə bağlı olub.
Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə
cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə
nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara
yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri
barədə məlumatlandırılıb.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin
səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı
Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.


