
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən müharibəsinin 7 oktyabra olan
xronikasını təqdim edir.
– Prezident İlham Əliyev “Euronews” və CNN-Türk televiziyalarına müsahibə verib.
– Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
– Prezident İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə
Toplantısının iştirakçılarına müraciət edib.
– Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket
atıb.
– Müdafiə Nazirliyi xəbər verir ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə
sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda
ölən və yaralanan var.Artilleriya zərbəsi ilə düşmənin müdafiə
sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Nazirlik
işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndindən
videogörüntülər yayıb.
– Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə , Ağdam,
Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutulub.
– Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb və videogörüntülərini yayıb.
– Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun
Şəybəy kəndinin görütülərini yayıb.
– Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ
keçirdiyi düşmənə məxsus texnikaların videogörüntülərini yayıb.
– Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar
olunan düşmən PUA-sı dərhal məhv edilib.
– Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd
D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək
avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.1-ci
və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup
əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.


