
Bakı. Trend:
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun
3×3 növü üzrə yarışlar davam edir.
Trend xəbər
verir ki, qızların mübarizəsində Azərbaycan millisi yarımfinalda
Özbəkistanla qarşılaşıb. Görüş yığmamızın 21:0 hesablı qələbəsi ilə
yekunlaşıb.
Azərbaycan millisinin finaldakı rəqibi Rusiya – Belarus
matçından sonra bəlli olacaq. Oyun saat 16:25-də start
götürəcək.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

