DGK xətti ilə büdcə daxilolmaları azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 9 ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə
dövlət büdcəsinə daxilolmalar 4,748 milyard manat təşkil edib.

Trend bu barədə
Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
183 milyon manat və ya 3,7% azdır. Gömrük daxilolmaları proqnozdan
1,6% az icra edilib.

Qeyd edək ki, 2025-ci il üzrə Dövlət Gömrük Komitəsi büdcəyə 6,6
milyard manat vəsait köçürməlidir.