Paytaxtda qırmızı işıqda dayanmayan sürücü qəzaya səbəb oldu (VİDEO)

Baş səhifə

Bakı.Trend:

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə
qırmızı işıqda hərəkətin təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

NİİM-dən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda
bildirilib ki, Paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə
Çingizxan küçəsinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi
göstərdi ki, bu qəzanın qarşısını almaq üçün sadəcə, svetoforun
qırmızı işığında dayanmaq kifayət idi.

Bildirilir ki, qaydaları pozan sürücülər yollarda real təhlükə
yaradırlar.

“Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının
siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət
azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır:




Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda
keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb
olur.

Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət
alması və ya həyatını itirməsi ilə nəticələnir”.