Cari ildə neçə nəqliyyat vasitəsində yanğın baş verib ? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Cari ilin ötən dövrü ərzində respublika ərazisində 196 nəqliyyat
vasitəsində yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar
Nazirliyindən məlumat verilib.




Bildirilib ki, araşdırmalar nəticəsində sözügedən yanğınların,
əsasən texniki nasazlıq, birbaşa insan faktorunun təsiri və qəza
hadisələri nəticəsində baş verməsi məlum olub.

Xatırladaq ki, ən son olaraq nəqliyyat vasitəsində yanğın
hadisəsi sentyabrın 29-u Sumqayıt şəhərində qeydə alınıb. Hadisə
nəticəsində xəsarət alan olmasa da, 2 saylı müntəzəm marşrut
xəttinə aid “İsuzu Citibus” markalı avtobusa ciddi ziyan dəyib.