III MDB Oyunları: Azərbaycan boksçuları turniri 24 medalla başa vurublar

Baş səhifə

Bakı. Trend:

Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində
oğlanlar arasında boks yarışlarının final görüşləri yekunlaşıb.

Trend-in
məlumatına görə, Azərbaycan millisinin boksçuları uğurlu çıxış
edərək qızıl medallar qazanıblar. Qardaş Rəhimov (46 kiloqram), Əli
Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Şahin Aslanov (60
kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) final görüşlərində
rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar.

Turnirin digər qızıl medallarını tacikistanlı Behruz Umarov (50
kiloqram), özbəkistanlı boksçular- Bekhruzjon Rakhataliyev (54
kiloqram), Bobomurod Boymirzayev (57 kiloqram), Dilşod Akmadjanov
(63 kiloqram), Oybekjon Abdurahimov (70 kiloqram), Kurşidbek
Jurayev (75 kiloqram) qazanıblar.

Rusiya təmsilçiləri Maksim Sobolev (66 kiloqram) və Astemir
Karayev (80 kiloqram) də final görüşlərini qalib kimi başa vuraraq
qızıl medala sahib olublar.




Bundan başqa, Azərbaycan boksçuları Əli Ruşanov (46 kiloqram),
Ayxan Həsənov (50 kiloqram), Raul Heydərli (57 kiloqram), Əflatun
İsmiyev (57 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Haxverdi
Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram), Şükar Əliyev (75
kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) bürünc medallara layiq
görülüblər.

Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5
gümüş və 4 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan boksçuları turnirdə 24 medal
qazanıblar.