Gürcüstanda “Maydan” təşkil etmək cəhdi uğursuzluğa düçar oldu – Baş nazir

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin ölkədə
iğtişaşlar törətmək və hakimiyyəti ələ keçirmək cəhdinin
uğursuzluğa düçar olduğunu deyərək bunu son illərdə beşinci belə
cəhd adlandırıb.

Trend-in məlumatına görə, bu barədə Baş nazir hakim “Gürcü
arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə deyib.




Kobaxidze 2014-cü ildə Ukraynada keçirilən etirazlarına istinad
edərək, keçmiş hakim Vahid Milli Hərəkat Partiyasının üzvlərinin
Gürcüstanda “Maydan” təşkil etməyə cəhd etdiklərini iddia edib.

“Məlum olduğu kimi, hökuməti devirmək cəhdi uğursuzluğa düçar
oldu. Son dörd ildə biz ölkədə beşinci dəfə “Milli Maydan”ın
təşkili cəhdinin şahidi olduq”, – deyə İ. Kobaxidze bildirib.