Bakı. Trend:
Oktyabrın 5-də səhər saat 06:30 radələrində Bakı-Şamaxı
avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş
verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ilkin
araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan
zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil
üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında
dayanan piyadanı vurub.
Hadisə nəticəsində piyada xəsarət alıb.
Qeyd edək ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi
sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına,
xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və
belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz
edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki,
təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün
olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı
idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş
verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə
saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində
təhlükəsizliyin əsas təminatıdır.

