ABŞ-da atışma olub, ölənlər var

Baş səhifə

Bakı. Trend:

ABŞ-da, Texasın Anqlton şəhəri ətrafında yük maşınları üçün
dayanacaqda atışma olub.

Trend xəbər verir ki, bu
barədə Brazoria dairəsinin şerif aparatı “Facebook”da məlumat
yayıb.




“13 və 4 yaşlı iki uşaq həlak olub, 8 və 9 yaşlı daha iki uşaq
xəstəxanaya yerləşdirilib”, – bəyanatda qeyd olunur.

Hüquq-mühafizə orqanları atəş açmaqda şübhəli bilinən qadını
saxlayıb.