
Bakı. Trend:
Bu ilin ən vacib tədbirlərindən biri Milli Məclisdə vərəmlə
mübarizəyə həsr edilən dinləmənin keçirilməsi olacaq.
Trend xəbər verir ki, bunu
Milli Məclisin deputatı Soltan Məmmədov Ümumdünya Ağciyər
Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda
çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, parlament
səhiyyənin inkişafına davamlı olaraq dəstək göstərməyə hazırdır: “İstənilən sahədə əldə olunan uğurlar ölkəmizin Prezident İlham
Əliyevin rəhbərliyi altında həm sosial, həm iqtisadi, həm də
humanitar istiqamətdə inkişafının bariz nümunəsidir. Xüsusilə
səhiyyəmizin inkişafında uğurlar göz qarşısındadır.
Milli Məclis səviyyəsində də davamlı olaraq qanunvericilik
bazasının təkmilləşdirilməsi, vərəmlə mübarizədə lazım olan
tədbirlərin görülməsi üçün işlər aparılır. Müvafiq qurumların
gördüyü işlərlə bərabər, Milli Məclis də tələb olunan bütün qanun
dəyişikliklərini etməyə hazırdır”.


