Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb

Baş səhifə

Bakı. Trend:

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında
qılıncoynatma üzrə yarışlar davam edir.

Trend
xəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli
komandası yarımfinalda Özbəkistana 37:45 hesablı ilə uduzub.




Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və
Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal
qazanıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak
etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.