Kavelaşvili Trampla fotosunun saxta olduğu barədə məlumatı təkzib edib

Baş səhifə

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Nyu-Yorkda ABŞ lideri Donald Trampla çəkilən fotoşəklinin saxta olması barədə yayılan məlumatı feyk adlandırıb.

APA-nın yerli bürosu xəbəri verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, radikal qüvvələrə məxsus telekanallar, partiya və QHT-lər həqiqətə uyğun olmayan informasiyalar yaymaqla ictimaiyyəti aldadırlar.

“Mənim fotoşəklə əlavə olunmağım barədə məlumatlar yalandır”, – dövlət başçısı söyləyib.

M.Kavelaşvili qeyd edib ki, ABŞ Prezidenti ilə danışıq aparmaq imkanı olub və Tramp ona Gürcüstan-ABŞ münasibətlərinin bərpası məsələsinə mütləq qayıdacağını söz verib.