İpoteka kreditlərinə tələb azalıb

Baş səhifə

Bakı. Trend:

İpoteka kreditləşməsi son illərdə ümumilikdə artım nümayiş
etdirsə də, son dövrlərdə artım tempi azalmaqdadır.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Qeyd edilib ki, 2020-ci ildən etibarən ipoteka kreditlərinin
həcmi yüksəlib, lakin 2023-cü ildən etibarəb artım tempində azalma
müşahidə olunub. Vurğulanıb ki, bu azalma həm tələb, həm də təklif
amilləri ilə izah oluna bilər.




“Belə ki, ev qiymətlərinin yüksək artım tempi və yeni verilən
ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı ipoteka
kreditlərinə olan tələb artımının səngiməsinə səbəb olub. Eyni
zamanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən
ipoteka kreditlərinin limitli olması və bankların maliyyələşmə
strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi
imkanlarını məhdudlaşdırır”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin
artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə
orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı
şərtləndirib.