Oqtay Şirəliyevlə vida mərasimi keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz ki, Azərbaycanın sabiq səhiyyə naziri Oqtay
Şirəliyev ötən gün 75 yaşında dünyasını dəyişib.

Trend xəbər
verir ki, bu gün Təzəpir məscidində O.Şirəliyevlə vida mərasimi
keçirilir.

Mərasimdə mərhumun yaxınları, Səhiyyə Nazirliyi, TƏBİB
rəhbərliyi, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak
edirlər.

Xatırladaq ki, TƏBİB də sabiq səhiyyə nazirinin vəfatı ilə bağlı
məlumat yayıb.

Bildirilib ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə əlaqədar
03.10.2025-ci il tarixində saat 17:30 radələrində Respublika Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.




Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb
olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin
həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı
şəhərində həkim ailəsində anadan olub.

O, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın
20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu
vəzifədə çalışıb.

O. Şirəliyev 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı
xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Xəbər yenilənəcək