
Bakı. Trend:
Bu gün Gürcüstanda yerli seçkilər keçirilir. Səhər saat 08:00-da
ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.
Trend xəbər verir
ki, məlumatı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri
Giorgi Kaladarişvili açıqlayıb. Onun sözlərinə görə, seçicilər 64
bələdiyyə şurasının 2058 üzvünü və 64 merini müəyyən edəcəklər.
Ümumilikdə ölkə üzrə 3061 seçki məntəqəsi fəaliyyət göstərir.
Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi formada təşkil
olunub.
Seçici siyahısına 3 milyon 513 min 818 vətəndaş daxil
edilib.
Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olan
müşahidəçilər, həmçinin 73 media orqanından minə yaxın jurnalist
izləyir.
Səsvermə saat 20:00-da başa çatacaq.


